“Borussiya” qapıçısı ilə yeni müqavilə bağladı

Almaniyanın “Borussiya” (Dortmund) klubunun qapıçısı Aleksandr Meyer Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı qolkiperlə yeni sözləşmənin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti gələn ilin yayına kimi idi.

Aleksandr Meyer “Borussiya”ya 2022-ci ilin iyul ayında azad agent kimi gəlib. 32 yaşlı qolkiper geridə qalmış mövsümdə bu komandanın heyətində cəmi 12 oyuna çıxıb, 17 qol buraxıb, cəmi 3 oyundan “quru” çıxıb.

Alman qolkiper əvvəllər “Yan Regensburq”, “Havelse”, “Enerji Kottbus” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: