Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu Fabio Kvalyarella A Seriyasını tərk edən “Sampdoriya”dan ayrılıb.
Arena.az xəbər verir ki, 40 yaşlı futbolçunun ayrılığını klub rəsmi saytı vasitəsilə açıqlayıb.
Böyük ehtimalla karyerasını başa vuracaq təcrübəli forvard 2016-cı ildən bu klubun uğurları üçün çalışırdı. O, “Sampdoriya”da 293 oyun keçirib, 106 qol və 27 məhsuldar ötürmə müəllifi olub.
Fabio Kvalyarella daha öncə “Torino” (109 oyun, 32 qol, 6 assist), “Yuventus” (102 oyun, 30 qol, 9 assist), “Udineze” (87 oyun, 33 qol, 11 assist), “Kyeti” (43 oyun, 19 qol, 1 assist), “Napoli” (37 oyun, 11 qol, 6 assist), “Askoli” (33 oyun, 3 qol, 2 assist) və “Fiorentina”da (12 oyun, 1 qol) oynayıb. O, İtaliya milli komandasının heyətində də 29 oyuna çıxıb, 8 qola imza atıb.
Növbəti mövsümü B Seriyasında keçirəcək “Sampdoriya”da daha öncə Ceyson Murilyo və Xese kimi futbolçular da komandanı tərk etmişdilər.


