Almaniya çempionu “Bayern” İngiltərə yığmasının müdafiəçisi Kayl Uokerin transferi ilə bağlı “Mançester Siti” ilə razılığa gəlib.
Arena.az bu barədə alman jurnalist-insayder Florian Plettenberqə istinadən məlumat verir.
Tərəflər arasında razılığa rəğmən, son qərar Uokerin səlahiyyətindədir.
33 yaşlı müdafiəçi “Bayern”ə 15 milyon avroya başa gələ bilər. Münhen klubunun nümayəndələri və futbolçunun agentləri müqavilənin şəxsi şərtlərini də razılaşdırıblar və Uokerin qərarını gözləyirlər. “Bayern” təmsilçilərinin Uokerdən müsbət cavab almağa ümidli olduqları vurğulanır.
2022/2023 mövsümündə Uoker “Mançester Siti”nin heyətində 39 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.
Uokerin “Mançester Siti” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Kayl Uokeri 13 milyon avro məbləğində qiymətləndirir.


