Bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin zədəsi alaraq xəstəxanaya yerləşdirilmiş, PSJ-nin qapıçısı Serxio Riko futboldan ayrıla bilər.
Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bir müddət əvvəl koma vəziyyətindən çıxaraq sağalmağa doğru gedən Serxio Riko, yaxın iki həftə ərzində xəstəxanadan evə buraxıla bilər. Amma qapıçı çox zəifləyib, 20 kq-dan çox arıqlayıb. Xəstəxanada olduğu müddətdə Riko həftə ərzində əzələ kütləsinin təxminən 30-ni itirirdi.
Bu minvalla fiziki cəhətdən xeyli zəifləmiş Riko çox güman ki, daha peşəkar futbola qayıda bilməyəcək.
Xatırladaq ki, qapıçının nümayəndələri Rikonu qatır arabası və qaçan atın vurması səbəbindən qəzaya uğradığını bildiriblər.


