İspaniyanın “Levante” klubunun yarımmüdafiəçisi Xose Luis Qarsiya Vaya (qısaca Pepelu) “Valensiya”ya transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı ispan futbolçunun transferi “Valensiya”ya 5 milyon avroya başa gəlib. Onunla 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Elita klubu yeni futbolçusuna qiymət də qoyub. Qarşıdakı 5 il ərzində onu “Valensiya”dan almaq istəyən klub 100 milyon avro təzminat ödəməli olacaq.
Pepelu “Levante”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında 78 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi icarə əsasında “Tondela” (34 oyun, 2 qol, 4 assist), “Vitoriya” (Gimaraynş, 33 oyun, 1 qol) və “Herkules”də (32 oyun) də forma geyinib. O, İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.




