Danimarkanın “Orhus” klubunun və Almaniyanın gənclərdən ibarət milli komandasının müdafiəçisi Yan Aurel Bissek “İnter”ə transfer olunub.
Arena.az bu barədə Milan klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
22 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. İtaliya klubu bu transfer üçün “Orhus”a 7 milyon avro ödəyib.
Yan Aurel Bissek Almaniyanın “Köln” klubunun yetirməsidir. O, Bundesliqa təmsilçisində olarkən “Holştayn Kil”, “Roda”, “Vitoriya” (Gimaraynş) və “Orhus” klublarında icarədə oynayıb. “Orhus” ötən ilin yayında “Köln”ə 670 min avro ödəməklə onun transfer hüquqlarını da almışdı. Mərkəz müdafiəçisi 2022/2023 mövsümündə Danimarka klubunun heyətində bütövlükdə 35 oyuna çıxıb, 5 qol vurub, 1 məhsudlar ötürmə müəllifi olub. O, Almaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarında da oynayıb.


