Riyad Mahrez “Əl-Əhli”nin hədəfində!

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Mançester Siti”nin və Əlcəzair yığmasının vingeri Riyad Mahrez ilə güclənmək istəyir.

Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Əl-Əhli” 32 yaşlı futbolçu üçün “Siti”yə təxminən 35 milyon avro ödəməyə hazırdır. Onun özünə isə 25 milyon avro məvacib vəd edirlər.

Geridə qalmış 2022/2023 mövsümündə Riyad Mahrez “Mançester Siti”nin heyətində 47 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.

Futbolçunun “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet-portalı Mahrezi 20 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, cari transfer pəncərəsində “Əl-Əhli” “Çelsi”nin seneqallı qapıçısı Eduard Mendi və “Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonu da heyətinə qatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: