Ötən mövsümü çox uğursuz keçirmiş “Sumqayıt” komandası qarşıdakı 2023/2024 mövsümü üçün hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, iyunun 26-dan etibarən baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komanda təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, “Sumqayıt” 16-27 iyul aralığında Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.
Komandanın yoxlama oyunları və matçların keçirilmə tarixi ilə bağlı klubun rəsmi media hesablarından məlumat veriləcək.


