İngiltərə çempionu “Mançester Siti”nin portuqal yarımmüdafiəçisi Bernardo Silva bu yay “Barselona”ya keçə bilər.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Kataloniya klubu icrasının çətinliyinə rəğmən, bu futbolçunun transferini yenidən nəzərdən keçirir.
Bernardo Silvanın agenti Jorje Mendeş “Barselona” rəhbərliyinə futbolçunu təklif edib. Kataloniya klubunun prezidenti Joan Laporta və komandanın baş məşqçi Xavi bu transferdə maraqlıdırlar.
Yarımmüdafiəçinin özü də “Barselona”ya keçmək istəyir və digər klublardan gələn təklifləri rədd edərək, kataloniyalıların dəvətini gözləyir. Bernardo “Barselona”ya keçmək üçün hər cür səy göstərməyə hazırdır, çünki arzusunun gerçəkləşə biləcəyi variantları görür.
Bernardo Silva “Barselona”nın tez bir zamanda, transfer pəncərəsi bağlanmadan dəvət göndərəcəyinə bel bağlayır, çünki gözləmək niyyətində deyil. Yarımmüdafiəçi “Mançester Siti’nin müvafiq ciddi itkinin yerini doldurmaq üçün yüksək səviyyədə əvəzləyici axtarmalı olacağını başa düşür.
Daha əvvəl “Barselona”nın Bernardo Silvanı icbari satınalma şərti ilə icarəyə götürə biləcəyi haqda məlumat yayılmışdı. “Mançester Siti”nin müvafiq təklifi qəbul edib-etməyəcəyi isə sual altındadır.
Geridə qalmış 2022/2023 mövsümündə Silva “Siti”nin heyətində 55 qoyuna çıxıb, 7 qol vurub, 8 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionatını, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı Bernardo Silvanı 80 milyon avro məbləğində qiymətləndirir.


