“Real” Karlos Alkarası təbrik etdi

Madrid “Real”ı ispan tennisçi Karlos Alkarası Uimbldonun finalında qazandığı qələbə münasibətilə təbrik edib.

Arena.az bu barədə “Real”ın rəsmi “Twitter” hesabına istinadən xəbər verir.

Xatırladaq ki, turnirin final görüşündə Alkaras serb Novak Cokoviçə qalib gəlib: 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4.

“Kral klubu”nun “Twitter” hesabında deyilir:

“Karlos Alkaras, Uimbldondakı parlaq qələbəniz münasibətilə təbrik edirik. Sizi həmçinin dünya tennis reytinqində birinci pillədə qalmağınız münasibətilə təbrik edirik. Siz İspaniya idmanının və bütün Madridin qürurusunuz”.

Vurğulayaq ki, bu, ispan tennisçinin karyerasında ikinci “Böyük Dəbilqə” çempionluğudur. Alkaras keçən il ABŞ Açıq Çempionatında da qalib gəlmişdi. Həmçinin, Alkaras Cokoviçə səkkizinci Uimbldon titulunu qazanmağa və ot üzərində “Böyük Dəbilqə” qələbələrinin sayını isveçrəli Rocer Federerlə bərabərləşdirməyə imkan verməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: