“Herta”nın qapıçısı dava saldı, azarkeşin dişini və burnunu sındırdı

“Herta”nın qapıçısı Marius Gersbek komandasının Avstriyadakı təlim-məşq toplanışı zamanı dava salıb və polis tərəfindən saxlanılıb.

Arena.az bu barədə “Sport Bild”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, dava gecə saat 2 ilə 4 radələri arasında baş verib. Əvvəlcə, qapıçını otellərin birində azarkeşlərlə birlikdə görüblər. Sonra dava-dalaş düşüb. Gersbekin hücumu nəticəsində zərərçəkmişin ən azı bir dişini itirib və burnu qırılıb.

Hazırda zərərçəkmiş azarkeş klinikaların birində müalicə alır.

Qapıçı isə oteldə saxlanılıb və yerli polis bölməsində sorğu-suala aparılıb. Səhər saat 11 radələrində Gersbek azad edilib və otelə qayıdıb. Hazırda “Herta” rəhbərliyi “qoçu” qapıçısı ilə necə davranacağı barədə müzakirə aparır. Müvafiq qərarın tezliklə veriləcəyi ehtimal edilir.

Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən, “Herta” Birinci Bundesliqadan İkinci Bundesliqaya yuvarlanıb.

Berlin təmsilçisini iyulun 29-da İkinci Bundesliqanın 1-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sı ilə oyun gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: