“Selta” Kristiano Ronaldolu “Əl-Nəsr”i darmadağın etdi

Portuqal ulduz hücumçu Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” İspaniya “Selta”sı ilə qarşılaşıb və böyük hesabla məğlub olub.

Arena.az xəbər verir ki, oyun yoldaşlıq görüşü səviyyəsində, Portuqaliyanın “Alqarve” stadionunda keçirilib.

Oyun İspaniya təmsilçisinin Səudiyyə Ərəbistanından olan ulduz kollektivi üzərində 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Ərəb komandasını meydana kapitan sarğısı ilə portuqal ulduz Kristiano Ronaldo çıxarıb. Oyunun birinci hissəsi qolsuz bərabərliklə başa çatıb.

Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. 48-ci dəqiqədə Kristiano Ronaldo əvəzlənib. 52-ci dəqiqədə isə hakim “Əl-Nəsr”in müdafiəçisi Abdulelah Əl-Əmriyə qırmızı vərəqə göstərərək oyundan kənarlaşdırılıb. Bundan sonra azlıqda və başsız qalmış “Əl-Nəsr”in nizamı beşcə dəqiqədə pozulub. 57-ci dəqiqədə Qael Alonso hesabı açıb, daha beş dəqiqə sonra, 62-ci dəqiqədə Yorgen Larsen ispanların üstünlüyünü artırıb. Ərəb klubu tamamilə başını itirərək dörd dəqiqəyə üç qol buraxıb: 71-ci dəqiqədə Migel Rodriges böyük hesablı qələbənin əsasını qoyub. 73-cü dəqiqədə Yorgen Larsen “dubl”unu, 75-ci dəqiqəqdə isə “het-trik”ini rəsmiləşdirərək “Əl-Nəsr”ə darmadağın yaşadıb.

Ərəb komandasının digər ulduzu, yarımmüdafiəçi Marselo Brozoviç 54 dəqiqə meydanda olub.

Xatırladaq ki, “Selta”nın məşhur ispan mütəxəssis Rafael Benites çalışdırır.

Xəbəri sosial şəbəkələrdə paylaş: