Alvaro Moratanı “İnter” də almaq istəyir

İtaliyanın “İnter” klubu Madrid “Atletiko”sunun və İspaniya millisinin hücumçusu Alvaro Moratanı almaq üçün daha bir cəhd edib.

Arena.az bu barədə “Sport Italia”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İtaliya nəhəngi Madrid klubuna 15 milyon avro təklif edib. “Neradzurri”nin “Çelsi”dən icarəyə götürdüyü belçikalı hücumçu Romelu Lukaku ilə sözü çəp gəldiyindən, milanlılar yenidən keyfiyyətli hücumçu axtarışına baş vurmalı olublar. Lukaku “İnter”in baş məşqçisi Simone İnzaqinin həlledici oyunlarda ona etimad göstərməməsini əsas gətirərək, daha “İnter”ə qayıtmaq istəmir və milanlıların əsas rəqibi “Yuventus”la anlaşıb. Bundan xəbər tutan “İnter” rəhbərliyi rəhbərliyi hiddətini gizlətmədən belçikalı hücumçu ilə əmkdaşlığa xitan verib.

“İnter”də 30 yaşlı Alvaro Moratanın nəhəng klublarda çıxış təcrübəsi ilə yanaşı, İtaliya futboluna bələd olmasını yüksək qiymətləndirirlər. Belə ki, ispan hücumçu 2014-2016-cı illərdə “Yuventus”da çıxış edib, həmçinin 2020-2022-ci illərdə yenidən “Qoca sinyora”nın sıralarına qayıdaraq, burada icarə əsasında oynayıb.

Geridə qalmış 2022/2023 mövsümündə Alvaro Morata “Atletiko”nun heyətində 45 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Alvaro Moratanı 20 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl, “Roma”nın Alvaro Morata ilə maraqlandığı, tərəflər arasında qiyabi razılıq əldə edildiyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: