Niko Şults “Borussiya”dan getdi – Rəsmi

Futbol üzrə Almaniya milli komandasının sol cinah müdafiəçisi Niko Şults Dortmund “Borussiya”sından ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun azad agent kimi başqa komandaya keçmək istədiyi bildirilir. Lakin hələlik karyerasını harada davam etdirəcəyi dəqiq bilinmir.

Xatırladaq ki, Niko Şults 2019-cu ildə “Hoffenhaym”dan 25,5 milyon avro qarşılığında Dortmund “Borussiya”sına keçmişdi. O, ötən mövsüm bu komandanın heyətində meydana çıxmayıb. Şults 2022-ci ilin avqustunda məişət zorakılığında ittiham edilib.

Nikonun “Borussiya” karyerası bütövlükdə 61 oyun, 1 qol və 3 məhsuldar ötürmədən ibarətdir. O, “Herta”da, “Hoffenhaym”da və Mönhenqladbax “Borussiya”sında da forma geyinib. Şults Almaniya millisində də 12 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: