Andrey Kançelskis: “Ruslar sənə nə pislik ediblər?”

Rusiya yığmasının sabiq futbolçusu Andrey Kançelskis “Sassuolo”nun direktoru Covanni Karnevalinin ruslar haqda sözlərini cavablayıb.

Arena.az bu barədə “Metaratings” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kançelskis “Sassuolo”nun direktoru Covanni Karnevalinin müdafiəçi Rojerionun “Spartak”a keçidinin pozulması ilə bağlı sözlərinə münasibət bildirib. Daha əvvəl İtaliya klubunun funksioneri ruslarla iş görmək istəmədiyini bildirmişdi.

Andrey Kançelskis bu xüsusda bildirib:
“Bu, sırf özünü göstərməkdir. O, “Sassuolo”da oturan belə qəhrəmandır. Qoy elə, orada da otursun. “Sassuolo” haradadır və “Spartak” haradadır? Onların başında problemləri var, çünki o, bunu bütün ölkəyə bəyan edir. Sən nə edirsən? Payını almaq istəyirsən? Gəl, təkbətək söhbət et. Nə üçün siz həmişə bunu hamıya eşitdirirsiniz? Yəqin, başınızda bir cüt vint çatışmır.

Hesab edirəm ki, insan o işlə məşğul olur ki, ona fikir verməsinlər. O, sakit danışa bilərdi, amma belə yox. Ruslar sənə nə pislik ediblər? Heç sən onlarla üzləşmisən? İndi vəziyyət belədir. Əlbəttə, sən onun dəyişə bilərsən, amma indi biz hamımız onun girovuyuq. Həyat davam edir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: