Marko Roze daha 2 il “Leypsiq”də

Almaniya Bundesliqasında mübarizə aparan “Leypsiq” klubu baş məşqçisi Marko Roze ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı alman mütəxəssislə yeni müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. Onun klubla əvvəlki sözləşməsi 2024-cü ilin 30 iyununa qədər idi.

Marko Roze 2022-ci ilin sentyabr ayından Almaniya klubunun “sükanı arxasındadır”. Komanda ötən mövsüm onun rəhbərliyi altında Almaniya Bundesliqasını 3-cü pillədə başa vurub. “Leyspiq” Rozenin rəhbərliyi altında bütövlükdə 41 oyun keçirib. Bu oyunlarda 28 qələbə qazanmış komanda 5 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Roze daha öncə Dortmund və Mönhenlqadbah “Borussiya”larını, “Zalsburq”u, Leypsiq “Lokomotiv”ini də çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: