Xavi Dembelenin PSJ-yə mümkün keçidinə münasibət bildirdi

İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi fransalı hücumçu Usman Dembelenin PSJ-yə keçid ehtimalı haqda danışıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

“Mən dəfələrlə demişəm ki, o, mənim üçün öz mövqeyində dünyanın ən yaxşısı olmaq imkanına malikdir. Mən bunu özümün təqdimatımda demişdim və bu gün də təkrar edəcəyəm: o, mənim üçün dəyərlidir. Mən ona çox güvən verirəm və o da bunu mənə verir.

Biz bazara nəzarət edə bilmirik. Ödənişlər var və bu, oyunçunun qərarıdır. Onun xoşbəxt olduğunu görürəm. Qərarı o verməli olacaq. Onun çox yaxşı uyğunlaşdığını görürəm. O, bizə xoşbəxt olduğunu söylədi”, deyə Xavi bildirib.

Dembele “Barselona”ya 2017-ci ildə 105 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib.

Geridə qalmış 2022/2023 mövsümündə Dembele “Barselona”nın heyətində 35 oyuna çıxıb, 8 qol vurub, 9 məhsuldar ötürmə verib.
Dembelenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Usman Dembeleni 60 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl PSJ-nin Dembeleyə maraq göstərdiyi və fransalı hücumçu ilə anlaşdığı haqda mətbuatda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: