UEFA Çempionlar Liqasında 2-ci raundun cavab matçları başlayır

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

Bu oyunlardan sonra 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan ilk dörd komandanın adına aydınlıq gələcək. Azərbaycan çempionu “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı komanda ilə qarşılaşacağı da bu gün bilinəcək. Belarus çempionu BATE səfərdə 2:6 hesabıyla uduzduğu Kipr “Aris”indən qisasını almağa çalışacaq. Amma kirplilərin belə böyük üstünlüyü əldən verməsi inandırıcı görünmür.

“Qarabağ” isə növbəti mərhələyə vəsiqənin taleyinə sabah Bakı Olimpiya Stadionunda qarşılaşacağı Polşa “Rakuv”u ilə cavab matçında aydınlıq gətirəcək. Ağdam təmsilçisi səfərdəki ilk oyunda 2:3 hesabıyla məğlub olub.

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi sabah keçiriləcək 8 cavab oyunu ilə yekunlaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust

21:30. “Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) (3:1)

22:00. BATE (Belarus) – “Aris” (Kipr) (2:6)

22:00. “Olimpiya” (Lyublyana, Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) (1:1)

22:30. “Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) (1:0)

2 avqust

18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (0:4)

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) (2:3)

21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə) (1:1)

21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) (0:0)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) (ilk oyun 0:1)

21:00. “Molde” (Norveç) – HJK (Finlandiya) (0:1)

22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) (2:)

22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) (2:2)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: