Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha səkkiz qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olacaq. Zaqreblilər ilk matçda rəqibini darmadağın edib – 4:0.
Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini bu dəfə doğma meydanda sınağa çəkəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyun günündə keçirilmiş 4 cavab matçından sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya” (Lyublyana), Kiprin “Aris” və Slovakiyanın “Slovan” (Bratislava) komandaları 3-cü raunda yüksəliblər. Yeri gəlmişkən, “Aris” növbəti mərhələdə “Qarabağ” – “Rakuv” cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
1 avqust
“Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) 2:2 (ilk oyun 3:1)
BATE (Belarus) – “Aris” (Kipr) 3:5 (2:6)
“Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) 2:1 (1:1)
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) 2:2 (1:0)
2 avqust
18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (0:4)
20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) (2:3)
21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə) (1:1)
21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) (0:0)
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) (ilk oyun 0:1)
21:00. “Molde” (Norveç) – HJK (Finlandiya) (0:1)
22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) (2:0)
22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) (2:2)


