Premyer Liqa: “Qarabağ” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması “Səbail”lə “Sumqayıt” arasında baş tutacaq. “Dənizçilər”in meydanında keçiriləcək oyuna saat 18:30-da start veriləcək. Bu komandalar indiyə qədər Premyer Liqada 22 oyun keçiriblər. “Səbail”in 8, “Sumqayıt”ın 11 qələbəsi var, 3 matç isə heç-heçə bitib. “Sumqayıt” son üç matçı qolsuz tərk etməyib. “Səbail”in meydanındakı son iki görüşün hərəsində bir qol vurulub.

Son çempion “Qarabağ” isə “Zirə”ni qəbul edəcək. Saat 21:00-da başlayacaq oyun “Azərsun Arena”da baş tutacaq. Tərəflər bu günə qədər 31 oyunda üz-üzə gəliblər. “Zirə” bu rəqibi üzərində heç vaxt qələbə qazanmayıb. 20 qələbəsi olan “Qarabağ”ın son üç ev oyununda heç-heçə qeydə alınıb. Bütövlükdə, tərəflər 11 dəfə heç-heçəyə razılaşıblar. Top fərqində də Ağdam təmsilçisinin ciddi üstünlüyü var – 65:15.

Xatırladaq ki, mövsümün açılış oyununda debütant “Araz-Naxçıvan” “Dalğa Arena”da “Turan Tovuz”a 0:3 hesabıyla uduzub. İlk turun qalan oyunları sabah keçiriləcək. “Kəpəz” “Neftçi”ni, “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qollar: Martin Petkov, 53; 87. Otto Con, 67.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”. Saat 20:00.

5 avqust

“Səbail” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”. Saat 18:30.

“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azersun Arena”. Saat 21:00.

6 avqust

“Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Kamal Umudlu.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu. Saat 17:00.

“Sabah” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Cavanşir Yusifov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”. Saat 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: