Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutacaq.
Marsel “Olimpik”i “Panatinaikos”un, Hayfa “Makkabi”si isə Bratislavada “Slovan”ın qonağı olacaq. Günün sonuncu matçı “Reyncers”lə “Servett” arasında keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cavab oyunları avqustun 15-də keçiriləcək. Yunanıstan çempionu AEK-lə Zaqreb “Dinamo”su arasında ötən gün keçirilməli olan, lakin qanlı iğtişaşlar səbəbindən təxirə salınmış ilk oyun isə ya avqustun 18-də, ya da 19-da baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust
“Rakuv” (Polşa) – “Aris” (Kipr) 2:1
“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) 0:0
PSV (Niderland) – “Şturm” (Avstriya) 4:1
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) 2:1
“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) 0:3
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) 3:0
9 avqust
22:00. “Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa)
22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Makkabi” (Hayfa, İsrail)
22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)


