“Qarabağ” – HJK 2:1 – Video

Futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – HJK oyunu təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Bakıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Helsinkidə keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

HJK – “Qarabağ” cütünün qalibi Avroliqanın pley-offunda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Sözügedən kollektivlərin ilk görüşündə İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir. Bu komandaların da ilk görüşü rumınların 3:0 heablı qələbəsiylə bitib.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

“Qarabağ” – HJK 2:1
Qollar: Leandro Andrade, 55. Juninyo, 85 – Entoni Olusanya, 77.
Baş hakim: Roy Raynşrayber (İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə (55. Bədavi Hüseynov, 90+2), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (5. Maksim Medvedev, 90+2), 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya (17. Hamidu Keyta, 71), 15. Leandro Andrade (66. Patrik Andrade, 90+2), 10. Abdullah Zubir, 19. Redon Cica (18. Juninyo, 71).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ramin Ramazanov, 4. Rahil Məmmədov, 11. Adama Diakabi, 20. Riçard Almeyda, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

HJK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç (29. Entoni Olusanya, 72), 10. Lukas Linqman, 15. Miro Tenho (k), 18. Topi Keskinen (7. Santeri Hostikka, 72), 22. Yukka Raytala, 23. Pyuryu Soyri (2. Tuomas Ollila, 59), 24. Georgios Kanellopulos (56. Perparim Hetemay, 90+2), 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka (8. Filip Roqiç, 72).
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Maenpaa, 3. Nikolas Hamalaynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme.
Baş məşqçi: Toni Korkeakunnas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: