Andrey Lunin Tibo Kurtuaya dəstək nümayiş etdirdi

“Real”ın qapıçısı Andrey Lunin ciddi zədələnərək növbəti mövsümü buraxmaq ehtimalı ilə üzləşmiş komanda yoldaşı Tibo Kurtuaya dəstək olub.

Arena.az məlumat verir ki, ukraynalı qolkiper belçikalı həmkarına öz mənəvi dəstəyini sosial şəbəkə üzərindən nümayiş etdirib.

“Möhkəm ol. Sən güclüsən, biz səninləyik”, – Lunin özünün sosial şəbəkə hesabında yazıb.

Hazırda “Real” komandanın əsas qapıçısı mövqeyinə yeni namizədin axtarışındadır. Buna rəğmən, Luninin də bir müddət “Real”ın qapısını qorumaq üçün əsas qapıçı roluna iddia edəcəyi istisna edilmir.

Geridə qalmış 2022/2023 mövsümündə Andrey Lunin “Real”ın heyətində 12 oyun keçirib, 13 qol buraxıb, 4 oyundan “quru” çıxıb.
Luninin “Real”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 9 oyun keçirib, 6 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını qoruya bilib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Andrey Lunini 5 milyon avto məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: