“Barselona” 50 il qabaqkı antirekordunu təkrarladı

La Liqanın 1-ci turunun “Xetafe” – “Barselona” oyunundakı “quru” hesab (0:0) Kataloniya nəhəngi üçün antirekordla əlamətdar olub.

Arena.az xəbər verir ki, müvafiq hesabı əks düşərgədə “Xetafe” üçün “Barselona”ya qarşı oyunlarda rekord kimi də qiymətləndirmək olar.

Komandaların Xetafedəki “Koliseum Alfonso Peres” stadionunda baş hakim Sesar Soto Qradonun rəhbərlik etdiyi hakimlər briqadasının idarəçiliyi ilə keçirdiyi oyunda qapısının toxunulmazlığını qoruya bilmiş “Xetafe”, ardıcıl 4 mövsümdür ki, doğma meydanda “Barselona”ya qol vurmağa imkan vermir.

Əvvəlki iki oyunda da 0:0 hesablı nəticə qeydə alınıb. 2020/2021 mövsümndə isə “Xetafe” minimal hesablı qələbəni bayram edib – 1:0.

Müvafiq nəticəni “Barselona” sonuncu dəfə ötən əsrin 70-ci illərində göstərib. Kataloniyalılar ardıcıl dörd il səfərdə “Salamanka”nın qapısına yol tapa bilməyiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: