UEFA Çempionlar Liqasında Mahir Emreli üçün AEK sınağı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Türkiyə çempionu “Qalatasaray” ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi “Olimpiya” ilə bu dəfə İstanbulda qarşılaşacaq. Qeyd edək ki, bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi ola bilər. Bunun üçün Ağdam klubu Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırmalıdır. İlk oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə bu gün ÇL-in 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq. Çünki komandalar arasında Yunanıstanda keçirilməli olan ilk görüş azarkeş ölümünə görə təxirə salınmışdı. Bu komandaların cavab görüşü avqustun 19-da Yunanıstanda keçiriləcək.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına avqustun 22-də start veriləcək. Qalib komandalar ÇL-in, məğlublar isə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanacaqlar.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
15 avqust

21:00. “Aris” (Kipr) – “Rakuv” (Polşa) (ilk oyun 1:2)
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Slovan” (Slovakiya) (2:1)
21:00. “Molde” (Norveç) – “Klaksvik” (Farer adaları) (1:2)
21:00. “Sparta” (Çexiya) – “Kopenhagen” (Danimarka) (0:0)
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – AEK (Yunanıstan)
22:00. “Qalatasaray” (Türkiyə) – “Olimpiya” (Sloveniya) (3:0)
22:00. “Baçka Topola” (Serbiya) – “Braqa” (Portuqaliya) (0:3)
22:30. “Servett” (İsveçrə) – “Reyncers” (Şotlandiya) (1:2)
22:30. “Şturm” (Avstriya) – PSV (Niderland) (1:4)
23:00. “Olimpik” (Marsel, Fransa) – “Panatinakos (Yunanıstan) (0:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: