Futbol üzrə Azərbaycan millisinin İordaniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama saatı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sentyabrın 12-də keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan və İordaniya yığmaları arasındakı beynəlxalq yoldaşlıq görüşü Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq.


