Neymar üçün şəxsi təyyarə, sevgilisi ilə yaşamaq icazəsi, bonuslar

Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ klubunun ulduz hücumçusu Neymar “Əl-Hilal”da müxtəlif bonuslar alacaq.

Arena.az bu barədə “Footmercato” portalına istinadən məlumat verir.

Əvvəla, braziliyalı superulduzun ixtiyarına şəxsi təyyarə veriləcək. Neymara həm də məşuqəsi Bruna Byankardi ilə evli olmamalarına rəğmən, birlikdə yaşamaq icarzəsi verilib. Xatırladaq ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, nikahsız halda qadınla birgə yaşamaq qadağandır. Vurğulayaq ki, müvafiq istisna portuqal superulduz Kristiano Ronaldo üçün də edilmişdi.

Neymar yüksək maaşla yanaşı, ciddi bonuslar da alacaq. “Əl-Hilal”ın hər qələbəsinə görə Neymara 80 min avro üstəlik veriləcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə bağlı hər dərc etdiyi təbliğat xarakterli yazı müqabilində braziliyalı superulduza 500 min avro ödəniləcək.

Xatırladaq ki, Neymarın artıq “Əl-Hilal”lə müqavilə imzaladığı bildirilir. Mətbuatda Neymarın hər mövsümə 100 milyon avro qazanacağı ilə bağlı məlumatlar yayılıb. Səudiyyə Ərəbistanı klubunun bu transferi tezliklə rəsmən açıqlaması gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: