David Soriya “Barselona”nı məsxərəyə qoydu

“Xetafe”nin qapıçısı David Soriya La Liqanın 1-ci turunun 0:0 hesabı ilə başa çatmış oyunundan sonra “Barselona”nın narazılığını cavablayıb.

Arena.az COPE dərgisinə istinadən Soriyanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Keçən il günəş və ot günahkar idi, amma bu il hakim. Onların həmişə bir bəhanəsi var. Onların belə düşünmələri xoşuma gəlir, çünki bu, bizim hər şeyi yaxşı etməyimiz anlamına gəlir. Meydanımıza girib sakit oynaya bilmirlər. Biz “Barselona” kimi oynaya bilmərik, amma başqa keyfiyyətlərimiz var. Komanda qalib gələndə və ya hesab onu qane edəndə, heç yerə tələsmir. Arauxo ot örtüyünə yıxıldı və videotəkrarı izləmək üçün beş dəqiqə gözlədi, amma heç kim bu barədə danışmır”, deyə David Soriya bildirib.

Xatırladaq ki, oyundan sonra “Barselona”nın baş məşqçisi Xavi hakimliyi tənqid edib. Kataloniya klubunun holland yarımmüdafiəçisi Frenki de Yonq isə rəqibin vaxtı uzatmasından şikayətlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: