Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu oyunu “Sabah” və “Neftçi” komandaları arasında baş tutub.
Masazırda baş tutan bu oyunda hesabı meydan sahibləri açıblar. Amma fasilədən dərhal sonra avtoqola sevinən “Neftçi” məğlubiyyətdən xilas olmağı bacarıb. Beləcə, tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Bundan əvvəlki oyunlarda “Kəpəz” evdə “Turan Tovuz”a (0:2), “Qəbələ” “Sumqayıt”a (1:2), “Səbail” də “Zirə”yə (1:2) uduzmuşdu. Son çempion “Qarabağ” isə bu gün “Araz-Naxçıvan” üzərində qələbəyə sevinmişdi – 2:1.
Azərbaycan Premyer Liqası
3-cü tur
20 avqust
“Sabah” – “Neftçi” 1:1
Qollar: Boyan Letiç, 43 – Con İrasabal, 49-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov.
Masazır. “Bank Respublika Arena”, 20:00.
Sabah: 1. Yusif İmanov, 77. Namiq Ələsgərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 19. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


