“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündəki ilk üç oyununda qələbə qazana bilməyib.
Arena.az xəbər verir ki, paytaxt klubu tarixində ikinci dəfə belə uğursuz seriya yaşayıb.
İlk turda “Kəpəz”ə 0:1 hesabı ilə uduzan bakılılar “Səbail” və “Sabah”la matçlarda bərabərliklə kifayətlənib – hər iki oyun 1:1 hesabıyla bitib.
Üç qarşılaşmada 2 xal toplayan “ağ-qaralar” 1992-ci ildən daimi iştirakçısı olduğu Azərbaycan çempionatında buna qədər bir dəfə belə startla üzləşib. Belə ki, “Neftçi” Aazərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə də ilk üç qarşılaşmasında qələbə qazanmayıb. 6 il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə etmişdi.


