Yüngül atletika: Daniel Stol ikinci dəfə dünya çempionu oldu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında diskatma üzrə yarışlar başa çatıb.

Arena.az xəbər verir ki, qızıl medalı dünya çempionatının rekordu olan 71,46 metr nəticə ilə olimpiya çempionu isveçli Daniel Stol qazanıb.

Stol üçün bu, dünya çempionatının ikinci qızılıdır. O, ilk qızıl medalını 2019-cu ildə qazanmışdı.

Sloven Kristyan Çex 70,02 metr nəticə ilə gümüş, litvalı Mikolas Alekna isə 68,85 metr nəticə ilə bürünc medal qazanıb.

Vurğulayaq ki, Stol diskiatma zamanı 71,46 metr nəticəyə iki dəfə – birinci və sonuncu altıncı cəhdində nail olub.

2023 Yüngül atletika üzrə dünya çempionatı. Diskatma. Kişilər:

  1. Daniel Stol (İsveç) – 71,46 metr;
  2. Kristyan Çex (Sloveniya) – 70,02 metr;
  3. Mikolas Alekna (Litva) – 68,85 metr.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: