Çempionlar Liqasında pley-offun ilk oyunlarına start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ı ÇL-dən kənarlaşdırmış Polşa çempionu “Rakuv” pley-offda Danimarka “Kopenhagen”i ilə üz-üzə gəlib. Bu oyunda qonaq komanda minimal hesablı qələbəyə sevinib.

Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunu mübarizədən kənarlaşdırmış Yunanıstan AEK-i isə səfərdə Belçika “Antverpen”i ilə qarşılaşıb. Bu qarşılaşmada da belçikalılar tək qolla qalib gəliblər.

İlk oyun gününün daha bir qarşılaşması Şotlandiya “Reyncers”i ilə Niderlandın PSV komandası arasında baş tutub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər ilk oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
22 avqust

“Antverpen” (Belçika) – AEK (Afina, Yunanıstan) 1:0

“Rakuv” (Polşa) – “Kopenhagen” (Danimarka) 0:1

“Reyncers” (Şotlandiya) – PSV (Niderland) 2:2

23 avqust

23:00. “Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Makkabi” (Hayfa, İsrail) – “Yanq Boyz” (İsveçrə)
23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: