Premyer Liqa: Qələbəyə həsrət qalanların görüşü

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutacaq.

Əvvəlcə “Neftçi” doğma meydanda “Qəbələ”ni sınağa çəkəcək. Cari mövsümdə qələbəsi olmayan iki komandanın duelinə maraq böyükdür. “Ağ-qaralar” əvvəlki oyunlarından birində uduzub, ikisində heç-heçə edib və 2 xalla 9-cu pillədə qərarlaşıb. Əyalət təmsilçisi isə əvvəlki 3 matçın hamısında uduzub və hazırda xala həsrət yeganə komandadır.

Turun son matçında “Qarabağ”la “Kəpəz” üz-üzə gələcək. Heyət və büdcə baxımından tam fərqli qütblərdə yer alan bu komandaların görüündə Ağdam təmsilçisi aşkar favorit hesab olunur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçəyə razılaşıb – 1:1. “Turan Tovuz” evdə “Səbail”ə 1:3, “Sabah” isə “Zirə”yə 0:1 hesabıyla məğlub olub.

Premyer Liqa
4-cü tur
25 avqust

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar: Turan Manafov, 73 – Rövlan Muradov, 63-pen.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Dalğa Arena”, 20:00.

26 avqust

“Turan Tovuz” – “Səbail” 1:3
Qollar: Roderik Miller, 84 – Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62. Ağabala Ramazanov, 90.
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 17:00.

“Zirə” – “Sabah” 1:0
Qol: Vladislav Kulaç, 2.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

27 avqust

“Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi Arena”, 18:30.

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı. “Azersun Arena”, 20:45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: