ABŞ-da naməlum şəxs məktəb komandalarını güllələdi

ABŞ-da orta məktəb komandalarının amerikan futbolu oyununda atışma nəticəsində 4 nəfər yaralanıb.

Arena.az bu barədə “Fox 25”ə istinadən məlumat verir.

Hadisə yerli vaxtla saat 22:30-da Alabama ştatının Çokto dairəsində “Del Siti İqls” və “Çokto Yellou Cekets” məktəb komandalarının görüşü zamanı baş verib. Yerli polisin məlumatına görə, şübhəli şəxs avtomobillə hadisə yerindən qaçıb. Hazırda polis boz rəngli başlıq geyinmiş qaradərili kişini axtarır.

Digər nəşr, “News 9”, qurbanlardan birinin budundan yaralanmış 15 yaşlı qız olduğunu yazır. Qız guya meydanda təmsil edilmiş məktəblərdən birinin şagirdidir. Daha bir yeniyetmə tibbi yardım göstərilməsi üçün tibb məntəqəsinə çatdırılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: