“Neftçi” 3, “Qəbələ” 1 itki ilə

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, “Neftçi Arena”da baş tutacaq oyuna saat 18:30-da start veriləcək.

“Qəbələ”nin heyətində yalnız bir futbolçu zədə səbəbindən bu oyunun hazırlıq prosesində iştirak etməyib. Faras Abu Akel zədədən sonra bərpa prosesi keçir. Asif Məmmədov isə artıq komanda ilə məşqlərə qatılıb.

“Neftçi”də isə qapıçı Emil Balayev və yarımmüdafiəçi Eddi İsrafilov bərpa prosesi keçir. Müdafiəçi Ömər Buludov isə fərdi məşğul olur.

Qeyd edək ki, artıq komandaların bu oyun üçün start heyətləri də məlumdur:

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 25. Aaron Olanare, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: