“Qalatasaray”ın Çempionlar Liqasında qrupa doğru son addımı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2023/2024 mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə ÇL-in qrup mərhələsinə ilk 3 vəsiqənin sahibi müəyyənləşəcək.

Türkiyə çempionu “Qalatasaray” səfərdə 3:2 hesabıyla məğlub etdiyi “Molde” ilə bu dəfə doğma meydanda üz-üzə gələcək.

“Braqa” səfərdə “Panatinaikos”la, “Makkabi” (Hayfa) isə “Yanq Boyz”la qarşılaşacaq.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
29 avqust

23:00. “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) (ilk oyun 3:2)

23:00. “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) (1:2)

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) (0:0)

30 avqust

23:00. AEK (Afina, Yunanıstan) – “Antverpen” (Belçika) (0:1)

23:00. “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) (1:0)

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) (2:2)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: