Deyvid Vaşinqton və Corce Petroviç “Çelsi”də – Rəsmi

İngiltərənin “Çelsi” klubu heyətini daha iki yeni futbolçu – qapıçı Corce Petroviç və hücumçu Deyvid Vaşinqton ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb.

London klubu hər iki futbolçunun transferi üçün 16 milyon avrosundan (bütövlükdə 32 milyon avro) keçib. Vaşinqton Braziliyanın “Santos”, Petroviç isə ABŞ-ın “Nyu İnqlend Revolyuşn” klubundan transfer olunub. Hər iki futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.

Deyvid Vaşinqton “Santos”un öz yetirməsidir. 18 yaşlı forvard bu ildən klubun əsas komandasında forma geyinirdi. Braziliyalı futbolçu bu komandada 16 oyuna 2 qol vurub.

Corce Petroviç isə Serbiyanın “Çukariçki” klubunun yetirməsidir. Ölkəsində “Belqrad”ın da formasını geyinmiş 23 yaşlı qolkiper “Nyu İnqlend Revolyuşn” komandasına ötən ilin aprel ayın 915 min avro qarşılığında keçmişdi. O, ABŞ klubunda 48 oyuna çıxıb, 58 qol buraxıb, 15 “quru” matç keçirib.

“Çelsi”nin sağ cinah müdafiəçisi Lyuis Holl isə “Nyukasl”a keçib. Sözügedən klub 18 yaşlı ingilis futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. “Zadəganlar”ın öz yetirməsi olan Lyuis Holl London klubunun əsas komandasında 12 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Nyukasl”ın sol cinah vingeri Rayan Freyzer isə “Sauthempton”a keçib. 29 yaşlı şotland futbolçu da mövsümün sonuna kimi icarədə olacaq. 2020-ci ildən “Nyukasl”da çıxış edən Freyzer bu komandada 59 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, “Bornmut”, “Aberdin”, “İpsviç Taun” kimi klublarda da forma geyinib, Şotlandiya yığmasında 25 oyuna 4 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: