Məşhur italyan məşqçi Klaudio Ranyeri həmkarı Roberto Mançininin Səudiyyə Ərəbistanı yığmasını çalışdıracağına münasibətini açıqlayıb.
Arena.az bu barədə “Football Italia”ya istinadən məlumat verir.
Klaudio Ranyeri Səudiyyə Ərəbistanından gələn təklifləri qəbul etməyəcəyini bildirib. İtalyan mütəxəssis həmkarı Roberto Mançininin bu yay İtaliya yığmasının baş məşqçisi vəzifəsini tərk edərək, Səudiyyə Ərəbistanı yığmasını çalışdıracağına dair ikibaşlı danışıb:
“Düzünü desəm, bunu etməzdim. Mən pula yox, fərqli köklənməyə üstünlük verirəm.
Artıq demişəm ki, “Kalyari” karyeramın son klubu olacaq. Burada (məşqçilik karyerasına – redaktorun qeydi) başlamaq və bitirmək çox xoş olacaq. Məni maraqlandıran yığma peyda olsa, mən bu seçimi nəzərdən keçirəcəyəm”, deyə Ranyeri DAZN-a müsahibəsində bildirib.
Xatırladaq ki, Roberto Mançini Səudiyyə Ərəbistanı yığması ilə müddəti 2026-cı ilə qədər hesablanmış müqaviləyə qol çəkib. O, zəhməti müqabilində ildə 20 milyon avro məvacib alacaq.


