Randal Kolo Muani PSJ-yə keçəcəyinə ümidlidir

“Ayntraxt”ın hücumçusu Randal Kolo Muani Frankfurt təmsilçisi ilə PSJ arasında onun satışı ilə bağlı danışıqların uzanmasından danışıb.

Arena.az bu barədə “Sky Sport Germany”yə istinadən məlumat verir.

Xatırladaq ki, PSJ fransalı hücumçunun xidmətində maraqlıdır və futbolçunun transferi üçün almanlara bonuslar üstəlik olmaqla, 70 milyon avro təklif edib.

“Ümidvaram ki, “Ayntraxt” mənim PSJ-yə getməyimə icazə verəcək. Bu komandaya çox şey borcluyam. Mən həmişə var gücümlə çalışmışam. Amma heç kəsə sirr deyil ki, PSJ mənə rekord həddə təklif edib, mən də onlara qoşulmaq istərdim, çünki bu, karyeramın tərəqqisi üçün böyük imkandır. Ümid edirəm ki, “Ayntraxt” PSJ ilə sövdələşməyə razı olacaq”, deyə Kolo Muani vurğulayıb.

Cari mövsümdə Kolo Muani “Ayntraxt”ın heyətində 4 oyuna çıxıb, 3 qol vurub.

Kolo Muaninin “Ayntraxt”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kolo Muani 2022-ci ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 9 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Randal Kolo Muanini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: