Premyer Liqa: “Zirə” üçün Qəbələ, “Neftçi” üçün Sumqayıt sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə cari mövsümə çox uğursuz başlamış və hələ də xala həsrət olan “Qəbələ” ardıcıl 4 qələbə ilə zirvədə olan “Zirə”ni qəbul edəcək. Əyalət təmsilçisini ilk xal və ya xallarını qazanmaqla paytaxt klubuna cari mövsümdə ilk xal itkisini yaşatmağa çalışacaq.

“Qəbələ” ilə “Zirə” bu günə qədər 31 oyunda üz-üzə gəliblər ki, bu görüşlərdə əyalət təmsilçisi 11, paytaxt klubu 6 qələbə qazanıb. 14 görüş isə heç-heçə bitib. “Qəbələ” son 5 görüşdə qol vurub. “Zirə” ardıcıl 13 səfər qarşılaşmasında qalib gəlməyib.

Günün digər oyunu “Sumqayıt”la “Neftçi” arasında keçiriləcək. Sumqayıtda keçiriləcək oyunda komandaların şansları bərabər qiymətləndirilir. “Sumqayıt” hazırda 7 xalla 3-cü, “ağ-qaralar” 5 xalla 5-cidir.

Bu komandaların indiyə qədər baş tutmuş 43 oyunundan 22-də “Neftçi” 3 xal qazanıb. 12 oyunda qələbə qazanmış “Sumqayıt” 9 dəfə də heç-heçəyə nail olub. “Neftçi” son 6 oyunda qol vurub. “Sumqayıt” son 9 matçda qalib gəlməyib.

Premyer Liqa
5-ci tur
1 sentyabr

“Sabah” – “Turan Tovuz” 0:3
Qollar: Roderk Miller, 19. Şəhriyar Əliyev, 56. Belaydi Pusi, 79.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Əlincə Arena”, 19:00.

2 sentyabr

“Qəbələ” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmməov.
“Sumqayıt Arena”, 20:30.

3 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 17:00.

“Səbail” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bayıl Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: