“Sabah” Serbiya klubları ilə 6 yoldaşlıq görüşü keçirəcək

18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlığı davam etdirir.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu sentyabrın 6-da hazırlıq çərçivəsində Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanacaq.

Sentyabrın 18-nə kimi davam edəcək təlim-məşq toplanışı “Srvena Zvezda”nın təlim-məşq bazasında baş tutacaq.

Hazırlıq zamanı 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

“Sabah” basketbolçularının qarşılaşacağı rəqiblərin siyahısını və oyunların tarixini təqdim edirik:

8 sentyabr. “Vrsaç” (Serbiya)
10 sentyabr. “Radniçki (Serbiya)
13 sentyabr. “OKK Belqrad” (Serbiya)
15 sentyabr. “Boraç Zemun” (Serbiya)
16 sentyabr. “Srvena Zvezda 2” (Serbiya)
17 sentyabr. “Zlatibor” (Serbiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: