Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Albaniya çempionatının 2-ci turu çərçivəsində “Kukesi” ilə qarşılaşıb.
Səfərdə baş tutan qarşılaşma “Eqnatiya”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal bu matça start heyətdə başlayıb və sonadək meydanda olub. Komandasının sonuncu qolunu da 58-ci dəqiqədə azərbaycanlı futbolçu vurub. Bu, İsgəndərlinin Albaniya çempionatındakı ilk qoludur.
“Eqnatiya” 2 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb.


