“Qəbələ”nin UEFA Gənclər Liqasında rəqibi bəlli oldu

Bu gün futbol üzrə UEFA Gənclər Liqasında 2023/2024 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, püşkatma nəticəsində ilk iki mərhələnin cütləri bəlli olub.

Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin rəqibi də müəyyənləşib. 19 yaşadək futbolçulardan ibarət komandamız ilk raundda Macarıstan təmsilçisi “Puşkaş Akademiyası” ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri oktyabrın 4-də və 25-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matçı evdə, cavab görüşünü səfərdə keçirəcək.

Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. “Qəbələ” mərhələ adlasa, “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” – “Puşkaş Akademiyası” cütünün qalibi ilk matçını evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: