Böyük futbolda ilk addımlarını “Sevilya”da atmış, klubun yeni transferi müdafiəçi Serxio Ramos İspaniya yığmasına mümkün qayıdışından danışıb.
Arena.az “Football Espana” portalına istinadən məlumat verir ki, Ramos yığmaya mümkün qayıdışını istisna etmir:
“Bir il əvvəl mən yığma komandanı tərk etmək qərarına gəldim. Əgər müəyyən hallar yaranarsa, niyə yığmaya qayıtmayım?
Öz ölkəmi təmsil etmək mənim üçün böyük şərəfdir. Şərait dəyişərsə, niyə də olmasın?”, deyə Ramos yığmaya qayıtmağa hazır olduğunu bildirib.
Hazırda 37 yaşı olan Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.


