Sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşmanın baş hakimi Arda Kardeşler olacaq. Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və İbrahim Çağlar Uyarcan yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Tural Qurbanov yerinə yetirəcək.
Yoldaşlıq oyunu
12 sentyabr
20:00. Azərbaycan – İordaniya
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel, İbrahim Çağlar Uyarcan (Türkiyə)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).


