Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan Avropa Konfrans Liqasına yeni təyinat alıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Fransada “Renn” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək oyunda iş başında olacaq.
Belə ki, Zaur Hacı-Məhərrəmov Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun oyununda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Renn”lə Hayfa “Makkabi”si arasındakı qarşılaşma sentyabrın 21-də Renn şəhərində baş tutacaq.


