Futbol üzrə İngiltərə milli komandasının hücumçusu Dominik Solanke Premyer Liqa təmsilçisi “Bornmut”la yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki sözləşməsi bu mövsümün sonuna kimi idi.
Dominik Solanke 2019-cu ilin yanvar ayından “Bornmut”da çıxış edir. O, ötən mövsüm bu komandanın heyətində 35 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Solanke “Bornmut”da bütövlükdə 179 oyuna çıxıb, 58 qol və 28 məhsuldar ötürmə müəllifi olub. “Çelsi”nin yetirməsi olan ingilis futbolçu “Vitess” və “Liverpul”da da oynayıb. O, İngiltərə milli komandasında da 1 matça çıxıb.


