AFFA rəsmisi UEFA Millətlər Liqasının oyununa təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Arena.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək UEFA Millətlər Liqasının matçında iş başında olacaq.

Belə ki, Könül Mehdiyeva Macarıstan – İrlandiya oyununda UEFA nümayəndəsi olacaq.

Sentyabrın 26-da Budapeştdə reallaşacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: