Azərbaycan – Monteneqro matçı isveçli hakimlərə tapşırıldı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında Monteneqro yığması ilə səfər oyununa təyinatlar açıqlanıb.

Arena.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq bu qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Maral Mirzai Beniyə yan xətt hakimləri Kamilla Stendal və Tilde Larsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Hanna Layanen yerinə yetirəcək.

Xatırladaq ki, sentyabrın 26-də Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Azərbaycan yığması buna qədər sentyabrın 22-də Kipri qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: