“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri müdafiəçi Leonardo Bonuççinin klubu tərk etməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Arena.az “Corriere Dello Sport”a istinadən Alleqrinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bonuççi? Düşünürəm ki, nə bir deyəcəyim, nə də əlavə edəcəyim yoxdur. Ona yalnız karyerasında uğurlar arzulaya bilərəm. Sabun operaları beşinci kanalda gedir və mən onları çox da sevmirəm. Məni yalançı adlandıranda acığıma gəlirmi? Mənim dostlarım məni Pinokkio çağırırlar. Bonuççi paltardəyişmə otağında daxili müharibə yaratmadı. Bu, normal bir qərar idi, indi o, UEFA Çempionlar Liqasında çıxış edən komandaya keçib. Bu, köklənmə baxımından da vacib olacaq”, deyə Alleqri bildirib.
Xatırladaq ki, bu ilin yay transfer pəncərəsində Bonuççi “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə “qoca sinyora”dan ayrılmaq qərarına gəlib. O, azad agent qismində “Union Berlin”ə keçib.
Daha əvvəl Bonuççi “Yuventus”dan ayrılmaq qərarı haqda danışmış, bu işdə Alleqrinin də “xidməti” olduğunu bildirmiş və “Yuventus” rəsmiləri tərəfindən öz evində təhqir olunduğu əhvalatı ictimailəşdirmişdi.


